Vens: ABŞ-nin İranla münaqişəsi əbədi müharibə olmayacaq
sizinxeber.az xəbər saytı

Vens: ABŞ-nin İranla münaqişəsi əbədi müharibə olmayacaq


ABŞ-nin vitse-prezidenti Cey di Vens bildirib ki, İranla silahlı münaqişə Birləşmiş Ştatların növbəti "əbədi müharibəsinə" çevrilməyəcək.

"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə mətbuat konfransında İrana qarşı hərbi əməliyyatların müddəti ilə bağlı suala cavabında deyib.

"Bu, əbədi davam edən bir şey olmayacaq", - Vens vurğulayıb. Onun sözlərinə görə, 11 həftəlik münaqişənin əhəmiyyətli hissəsi atəşkəs rejiminə keçib.

"Bu, əbədi müharibə deyil. Biz bunu edəcəyik və evə qayıdacağıq. Bunu ABŞ Prezidenti Donald Tramp vəd edib. Bunu məhz o edəcək", - vitse-prezident deyib.

Bununla yanaşı, Vens etiraf edib ki, bir çox amerikalılar, xüsusən onun nəslinin nümayəndələri xaricdəki uzun sürən hərbi münaqişələrdən narahatdırlar.

Oxşar xəbərlər

Vens: ABŞ İranla danışıqlarda müəyyən irəliləyiş görür
ABŞ-nin vitse-prezidenti: Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil
Vens: ABŞ və İran arasında münasibətləri yenidən başlatmaq imkanı var
Vens: ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir
Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər