AMB xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək innovativ məhsulları müəyyən edib
Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejiminə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı daxil olmuş 21 müraciətin qiymətləndirilməsini başa çatdırıb.
"Sizinxeber.az" AMB-yə istinadən xəbər verir ki, müraciətlər sırasından 4 innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirilmə imkanı qazanıb.
Bunlar, "PashaPay" MMC-nin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr” məhsulu, "Unicapital İnvestisiya Şirkəti" ASC-nin təqdim etdiyi “Kriptobroker” məhsulu, "Svort" MMC-nin təqdim etdiyi “Kripto platforma” məhsulu və "Mobile Payment Solutions" MMC-nin təqdim etdiyi “PortCoin kriptovalyutası” məhsuludur.
Bu məhsulların məhdud çərçivədə və AMB-nin nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Amerikalı alimlər qocalma əleyhinə dərmanı sınaqdan keçirir
Britaniya Hərbi Dəniz Qüvvələri gəmi əleyhinə raketini sınaqdan keçirib
Tayvan yeni elektron mübarizə sistemini sınaqdan keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək

