Amerikalı alimlər qocalma əleyhinə dərmanı sınaqdan keçirir
sizinxeber.az xəbər saytı

Amerikalı alimlər qocalma əleyhinə dərmanı sınaqdan keçirir


Amerikalı alimlər itlərin qocalmasını ləngidə bilən dərmanı sınaqdan keçirir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABC televiziya şirkəti məlumat yayıb.

"Telomir Pharmaceuticals" şirkətinin rəhbəri Kristofer Çapman və Klivlend klinikasının mütəxəssisi Maykl Roizen arasında əməkdaşlıq nəticəsində yaradılan dərman artıq iki yaşlı itdə - ölümcül xərçəng xəstəsi olan çoban itində və artritə yoluxan nyufaundlenddə uğurla sınaqdan keçirilib.

İtlərin sahibləri hər iki heyvanın vəziyyətinin qısa müddət ərzində xeyli yaxşılaşdığını iddia edir.

ABC qeyd edir ki, yeni dərman sayəsində kök hüceyrələri çoxalmağa başlayır və sözün əsl mənasında cavanlaşma müşahidə edilir. Hazırda sınaqlarda 10 it iştirak edir. Araşdırmanın nəticələri gələn ilin əvvəlində təqdim olunacaq. İnsanlarda klinik sınaqlar 2025-ci ildə başlaya bilər.

Oxşar xəbərlər

Hindistan tank əleyhinə idarə olunan raketlərini sınaqdan keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uşaqlarda beyin xərçəngi xəstəliyi ilə mübarizə üçün yeni üsul aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon Floridada hipersəsli silahları sınaqdan keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ, Britaniya və Avstraliya süni intellektə malik PUA sınaqdan keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər