Mərkəzi Bank daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “AtaSığorta” və “Atəşgah” sığorta şirkətlərinə icrası məcburi göstəriş verib.
“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı “AtaSığorta“ və “Atəşgah” Açıq Səhmdar Cəmiyyətlərinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimlənərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl edilməməsi nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi göstəriş verilib.
Xatırladaq ki, bundan əvvəl AMB "PAŞA Sığorta", "Qala Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Bakı Sığorta" və "Meqa Sığorta" ASC-lərə eyni səbəbdən icrası məcburi göstəriş verib.
Oxşar xəbərlər
Mərkəzi Bank 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank sığorta brokerinə icrası məcburi göstəriş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sığorta şirkətinin lisenziyası məhdudlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












