Azərbaycan Mərkəzi Bankı 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Sığorta", "Qala Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun həyata keçirdiyi araşdırma və sığorta bazarının ümumi monitorinqi zamanı adı çəkilən şirkətlərin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimləyərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl etmədiyi üzə çıxıb. Müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.
Oxşar xəbərlər
AMB "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri"nə icrası məcburi göstəriş verib
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
Mərkəzi Bank sığorta brokerinə icrası məcburi göstəriş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
