Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək
Mərkəzi Bank olaraq yaşıl maliyyənin yaradılması bizim üçün prioritetdir.
“APA-Economics” xəbər verir ki, bunu Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2023-2026-cı illər üzrə Dayanıqlı Maliyyə Yol Xəritəsi hazırlanıb. Bu maliyyə sektorunun dayanıqlı inkişafda rolunun gücləndirilməsi məqsədini daşıyır. Yol Xəritəsi çərçivəsində mühüm təşəbbüslərdən biri olan Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlanılıb: “Biz, dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar da daxil olmaqla bütün tərəfdaşlarımızla taksonomiya üzrə keçirdiyimiz məsləhətləşmələri yekunlaşdırmışıq. Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Taksonomiyanın əsas məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılması, bu dəyişikliklərə uyğunlaşmanın təmin edilməsi, ekosistemin bərpası və mühafizəsidir.
AMB sədri həmçinin vurğulayıb ki, Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanıb. Artıq layihə hökumətə təqdim olunub. Həmçinin, iqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanıb.
Oxşar xəbərlər
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: Banklar COP-29 zamanı yaşıl keçidlə bağlı öhdəlik götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB sədri: Bu il yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank “Yaşıl maliyyə” mövzusunda təlim keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











