Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 11 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 11 %-ə yaxın artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 14 milyard 530,5 milyon manat təşkil edib ki, bu da proqnozdan 1,6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,7 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 52,4 % təşkil edib.

Sektor üzrə daxilolmaların 57,9 %-ni və yaxud 8 milyard 409,7 milyon manatını vergi daxilolmaları, 33,9 %-ni və yaxud 4 milyard 931,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 %-ni və yaxud 419,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 1,7 %-ni və yaxud 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən daxilolmalar, 3,4 %-ni və yaxud 491,6 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və yaxud 28,3 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.

Oxşar xəbərlər

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda vergi daxilolmaları 10 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 1 % azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 8 ayda vergi daxilolmaları 11 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər