Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil edib ki, bu da proqnozdan 1,3 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47,6 % çoxdur.

"Sizinxeber.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 47,6 % təşkil edib.

9 ayda dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 %-i və yaxud 3 milyard 620,8 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 %-i və yaxud 9 milyard 585,7 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8 %-i və yaxud 1 milyard 729,7 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 36,8 %-i və yaxud 1 milyard 333,1 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 15,4 %-i və yaxud 558 milyon manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisi təşkil edir.

Oxşar xəbərlər

Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 11 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda vergi daxilolmaları 10 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 9 ayda vergi daxilolmaları 12 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 8 ayda vergi daxilolmaları 11 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 48%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər