Hesablama Palatası ASOSAI-nin İdarə Heyətinə 2024-2027-ci illər üzrə üzv seçilib
Hesablama Palatası Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinə 2024-2027-ci illər üzrə üzv seçilib
"Report" xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Bildirilib ki, ASOSAI-nin 16-cı Assambleyasının II plenar sessiyasında ASOSAI-ın İdarə Heyətinə və Audit Komitəsinə yeni üzvlərin seçilməsi ilə əlaqədar səsvermə keçirilib.
Səsvermə nəticəsində Azərbaycan, Filippin, Cənubi Koreya, Qazaxıstan, Pakistan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və Butan ASOSAI-nin 2024-2027-ci illər üzrə İdarə Heyətinə, İran və Vyetnam AAO-ları isə Audit Komitəsinə yeni üzv olaraq seçiliblər.
Sonra ASOSAI-ın sədrliyi vəzifəsini təhvil alan Hindistan Baş Auditor və Müfəttiş Ofisinin baş auditoru Giriş Çandra Murmu çıxış edərək üzv Ali Audit Orqanlarının dəstəyi ilə ASOSAI-ın daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Daha sonra ASOSAI üzvlərinin bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar və dayanıqlı inkişaf yolunda tərəfdaşlıq dəyərlərini vurğulayan və dəstəkləyən Yeni Dehli Bəyannaməsi qəbul edilib.
Tədbir ASOSAI Baş Katibliyinin təşkilatın 2024-2027-ci illər üzrə planlaşdırılan fəaliyyətinə dair çıxışı ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir
Hesablama Palatası şəffaflığı və ictimai iştirakçılığı artırır
"İrəli"nin IX hesabat-seçki konfransı keçirilib, sədr seçilib
Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
