Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib


Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Moskvanın TRIPP-də iştirakının layihəyə fayda verəcəyi barədə fikirlərinə münasibət bildirib.

“Newsarmenia”nın xəbərinə görə, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib ki, hazırda TRIPP Ermənistan–ABŞ formatında həyata keçirilir, saziş imzalanıb və icra mərhələsindədir.

“Mən hazırda gələcəklə bağlı hər hansı fikir bildirmək istəməzdim”, - nazir müavini Rəsmi İrəvan üçün Moskvanın TRIPP-də hər hansı formatda iştirakının məqbul olub-olmaması və ya bunun gələcəkdə müzakirə edilə biləcəyi ilə bağlı suala cavabında qeyd edib.

Safaryan əlavə edib ki, hazırda Ermənistan Respublikası Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və tranzit qaydaları Aİİ-nin normaları ilə tənzimlənir.

Oxşar xəbərlər

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Vaşinqton və İrəvan TRIPP ilə bağlı bir sıra əməliyyat məsələlərini razılaşdırıb
Nazir müavini: TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır
Ermənistan ABŞ və üçüncü tərəflərlə “Tramp Marşrutu” layihəsi üzrə əməkdaşlıq edəcək
Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər