Rəsmi Pxenyan: Ölkənin nüvəsizləşdirilməsi məsələsi artıq bağlanıb
sizinxeber.az xəbər saytı

Rəsmi Pxenyan: Ölkənin nüvəsizləşdirilməsi məsələsi artıq bağlanıb


Şimali Koreya nüvə dövləti olaraq qalacağını və ölkənin nüvəsizləşdirilməsi məsələsinin artıq bağlandığını bəyan edib.

"Report"un "KCNA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayıb ki, ABŞ və müttəfiqlərinin ittihamları Şimali Koreyanın nüvə dövləti statusuna təsir göstərə bilməz.

Həmçinin qeyd olunub ki, Pxenyan ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə hərbi əməkdaşlığı fonunda təhlükəsizliyini gücləndirmək üçün tədbirləri, o cümlədən nüvə silahlarının istifadəsini simulyasiya edən təlimlərini artıracaq.

Daha əvvəl KXDR Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon ölkənin nüvə silahsızlaşdırılması məsələsində güzəştə getməyəcəyini və güc balansının pozulmasına yol verməyəcəyini bildirib.

Oxşar xəbərlər

XİN: Şimali Koreyanın nüvəsizləşdirilməsi konsepsiyası artıq mümkün deyil
Şimali Koreya nüvə silahı ilə bağlı heç bir öhdəliyinin olmadığını bəyan edib
Pxenyan Vaşinqtonla nüvə qarşıdurmasına hazır olduğunu açıqlayıb
Seul Pxenyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə “rejimin sonu” ilə hədələyir
Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər