Şahin Mahmudzadə: Mərkəzi Bank 110 ölkə ilə vahid taksonomiya üzərində işləyir
Mərkəzi Bankın xüsusi təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə 110 ölkəni birləşdirən vahid taksonomiya üzərində işləyirik. Artıq 80 ölkə ilə razılıq əldə edilib.
"APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə qurumun təşkilatçılığı ilə keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda deyib.
“COP29 çərçivəsində 110 ölkənin bununla bağlı vahid sənədə imza atmasını hədəfləyirik. Bütün dünya üçün vahid taksonomiya ola bilməz. Hər ölkənin coğrafiya və iqtisadi reallıqları fərqlidir. Lakin bənzər və eyni prinsiplər üzərində qurulmuş taksonomiyaların qlobal səviyyədə bir-birilərini tanımaları əsas məqsədlərdən biridir. Yəni, bu keçərli olarsa gələcəkdə yerli banklar xaricdən daha rahat vəsait cəlb edə biləcək” - Şahin Mahmudzadə əlavə edib.
Oxşar xəbərlər
AMB ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq
Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Taleh Kazımov: Banklar COP-29 zamanı yaşıl keçidlə bağlı öhdəlik götürüblər
IRENA-nın baş direktoru: COP çərçivəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













