"Ekolizinq"in aktivləri 20 %-dən çox azalıb
"Ekolizinq" MMC 2025-ci ili 82 min manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 78,3 % çoxdur.
Ötən il "Ekolizinq"in vergiyəqədərki mənfəəti 103 min manat (əvvəlki ilə nisbətən 77,6 % çox), mənfəət vergisi ödəmələri isə 21 min manat (75 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Ekolizinq"in aktivləri 3,109 milyon manat olub ki, bu da illik müqayisədə 20,4 % azdır. Bunun 1,057 milyon manatı debitor borclardır. Ötən il şirkətin lizinq portfeli 46,1 % kiçilib.
Hesabat dövründə "Ekolizinq"in öhdəlikləri 32,9 % azalaraq 1,238 milyon manata, balans kapitalı isə 9,3 % azalaraq 1,871 milyon manata düşüb.
Xatırladaq ki, "Ekolizinq" 2014-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkətin təsisçisi Elnur Rəsulovdur.
Oxşar xəbərlər
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
“Azəraqrartikinti”nin xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
"Qala Sığorta"nın xalis mənfəəti 20 %-ə yaxın azalıb
"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Azərbaycana qida idxal edən şirkətin xalis mənfəəti 13%-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
