“Fitch”: Bu ilin sonunda Azərbaycanın beynəlxalq ehtiyatları 13 milyard dolları ötəcək
Azərbaycanın beynəlxalq ehtiyatları 2025-ci ilin sonunda 13,1 milyard ABŞ dollarına çatacaq.
“Sizinxeber.az” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkənin ehtiyatları, o cümlədən qızıl ehtiyatları 12,7 milyard ABŞ dolları təşkil edib.
“Fitch”in proqnozlarına görə, 2026-cı ildə bu göstərici 13,3 milyard ABŞ dollarına qədər artacaq.
2025-ci il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatıb. Agentliyin qiymətləndirmələrinə görə, 2025-ci ilin sonunda strateji valyuta ehtiyatları 74 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ÜDM-in 98,4 %-nə bərabərdir.
Oxşar xəbərlər
IMF 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları açıqlayıb
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək
“S&P": AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
