Tramp: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək


ABŞ Prezidenti Donald Tramp administrasiyanın bütün əsas nümayəndələrinin Ukraynadakı münaqişənin həllinə yönəlmiş səylərdə iştirak edəcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və vitse-prezident Cey Di Vens də prosesə cəlb olunacaq.

“Hamımız bu prosesdə iştirak edəcəyik”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin Ukraynada sülhün əldə olunacağına inandığını bildirib.

“Düşünürəm ki, bu baş verəcək. Razılaşmaya yaxınlaşırıq”, – deyə o qeyd edib.

Tramp əlavə edib ki, Vaşinqton artıq Ukraynaya silahları pulsuz vermir.

“Onlar məhsulları bizdən tam dəyəri ilə alırlar. Bayden isə yüz milyardlarla dollar dəyərində silahı pulsuz göndərirdi”, – deyə ABŞ lideri bildirib.

Oxşar xəbərlər

Tramp: Uitkoff uğurlu görüş keçirib
Tramp: ABŞ NATO-ya Ukrayna məsələsində kömək etməyə borclu deyildi
Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
Tramp Putinin atəşkəslə bağlı qərarını alqışlayıb
Tramp Çində Tayvan məsələsini müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər