Avropa Yenidənqurma və İnkişaf Bankına yeni vitse-prezindent təyin edilib
Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) yeni vitse-prezident seçilib.
"Sizinxeber.az-Economics" bu barədə EBRD-yə istinadən xəbər verir. Məlumata görə, Fatoumata Bouare Bankın yeni vitse-prezidenti, baş risk inzibatçısı vəzifəsinə təyin edib. Yeni vəzifəsində xanım Bouare Risk İdarəetməsi, Ətraf Mühit və Davamlılıq, Biznes Dayanıqlığı və Satınalma Siyasəti və Məsləhət departamentlərinə rəhbərlik edəcək, həmçinin Bankın İcraiyyə Komitəsinin üzvü olacaq. O, yeni vəzifəsinin icrasına bu il mayın 1-dən etibarən başlayacaq.
Qeyd edilib ki, xanım Bouare son yeddi ildə Niderlandın sahibkarlığın inkişafına dəstək verən bankı FMO-da çalışaraq risk departamentlərini gücləndirib, rəqəmsallaşma və təsir hesabatlılığında yeniliklərə imza atıb və əhəmiyyətli artım dövründə maliyyə sabitliyini təmin edib. Bundan əvvəl, xanım Bouare Bank of Africa-da Risk İdarəetmə Direktoru kimi fəaliyyət göstərib və bankın qrup səviyyəsində, eləcə də onun 18 filialında risklərin idarə edilməsinə nəzarət edib.
Xatırladaq ki, Fatoumata Bouare EBRD-nin ən yeni üzv ölkəsi olan Kotdiuvarın vətəndaşıdır.
Oxşar xəbərlər
AİB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
EBRD iqlim strategiyası üzrə yeni idarəedici direktor təyin edib
EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
Rəşad Nəbiyev Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşüb
Avropa bankı: İrimiqyaslı nüvə enerjisi layihələrinə dəstək siyasətimizə uyğun deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
