EBRD Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə hazırdır
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Cənubi Qafqazda beynəlxalq əməkdaşlığın genişləndirilməsi proseslərini dəstəkləməyə hazırdır.
"Report" xəbər verir ki, bunu EBRD-nin Cənubi Qafqaz üzrə regional direktoru Alkis Drakinos Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Cənub-Şərqi Avropa və Transxəzər regionunun biznes sammitində bildirib.
Onun sözlərinə görə, region ölkələrinin rəhbərliyindəki dəyişikliklər mühüm amilə çevrilib ki, bu da bir çox ümumi cəhətləri olan Cənubi Qafqaz dövlətlərinə daha fəal qarşılıqlı fəaliyyətə başlamağa və dialoq qurmağa imkan yaradıb:
"Bu regionda Azərbaycan və Ermənistan var, yeni perspektivlər yaranır. Dünya dəyişir: narahatlıq doğuran böhranlarla yanaşı, ümid əlamətləri də görünür. Beynəlxalq ictimaiyyət reaksiya verir və həll yolları tapır. Ümid edirik ki, bu proses davam edəcək. Bir təsisat olaraq, biz bunu dəstəkləməyə hazırıq".
Oxşar xəbərlər
Alkis Drakinos: Azərbaycan regional dialoqun ayrılmaz hissəsinə çevrilib
Şarl Mişel: Aİ Cənubi Qafqazda sabitlik və rifaha yönəlmiş səyləri dəstəkləyir
Zaxarova: Tramp hökumətinin Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq hələ çətindir
Paşinyan: Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
