Abbas İbrahimov: ABB Özbəkistan bankından nəzarət səhm paketi əldə edib
ABB Özbəkistan bazarına daxil olub.
“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Onun sözlərinə görə, ABB səhmdarlarının qərarı ilə Özbəkistanın “Davr Bank”ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. İlkin razılaşmanın müsbət olduğunu bildirən Abbas İbrahimov qeyd edib ki, prosesin maksimum sürətlə tamamlanması nəzərdə tutulur.
Bildirilib ki, sövdələşmədən sonra bank “ABB-Davr” adı ilə fəaliyyət göstərəcək.
ABB rəhbəri qeyd edib ki, ABB sözügedən banka 100 mln. dollar yatırım edib. “Davr Bank”ın aktivləri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir. Bankın 1,4 milyon müştərisi, 43 filialı və müştəri xidmət mərkəzi mövcuddur.
A. İbrahimovun sözlərinə görə, bank əsasən kiçik bizneslərlə işləyir və xarici maliyyə institutları ilə güclü əlaqələrə malikdir. O bildirib ki, “Davr Bank”ın 400 mln. ABŞ dollarından çox xarici maliyyələşməsi var.
ABB rəhbəri əlavə edib ki, tərəflər eyni maraq və strateji baxışı paylaşırlar.
Oxşar xəbərlər
ABB-nin Özbəkistanda almaq istədiyi bankın adı açıqlanıb
ABB səhmdarların hamısı səsvermə hüququna malik olacaq
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
Dövlət bankı 4 ayda 80 mln. manat mənfəət əldə edib
Abbas İbrahimov: Maliyyə Nazirliyinin hərraclarından 500 mln. manata yaxın depozit cəlb etmişik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
