Abbas İbrahimov: Maliyyə Nazirliyinin hərraclarından 500 mln. manata yaxın depozit cəlb etmişik
sizinxeber.az xəbər saytı

Abbas İbrahimov: Maliyyə Nazirliyinin hərraclarından 500 mln. manata yaxın depozit cəlb etmişik


Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Nazirliyinin xəzinə qalığı üzrə keçirilən depozit hərraclarında 485 mln. manat vəsait cəlb edib.

APA-Economics” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, Nazirliyin keçdiriyi bu hərraclar sektor üçün ilk təcrübədir. Bu vəsaitlərin bazarda kredit faizlərinə təsirinə gəlincə, ABB sədri qeyd edib ki, bu təsir hələlik məhduddur. Sözügedən depozitlər qısamüddətli olduğu üçün təsirləri proqnozlaşdırmaq çətindir.
Abbasov İbrahimov həmçinin əlavə edib ki, cəlb edilən vəsaitlər sektorun aktivlərinə nisbətdə kiçik olsa da, likvidlik baxımından müsbət addımdır.

“Mərkəzi Bank bu hərracların genişləndirilməsi və təkcə sistem əhəmiyyətli bankların deyil, digər banklarında cəlb edilməsi üzərində işləyir”- A.İbrahimov əlavə edib.

Oxşar xəbərlər

Maliyyə Nazirliyinin vahid xəzinə qalığının depozit qoyulmasının bank sisteminə təsirləri açıqlanıb
ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb edib
Bank sədri: Bankların uzunmüddətli resurslara çıxışı məhduddur
Dövlət bankı 4 ayda 80 mln. manat mənfəət əldə edib
Davit Tsiklauri: Likvidlik çatışmazlığı davam edərsə, depozit faizləri daha da arta bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər