IMF 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları açıqlayıb
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2030-cu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 72,709 milyard ABŞ dollarına (il ərzində artım 0,73 %) çatacaq.
“Report” IMF-nin hesabatına istinadən xəbər verir ki, strateji valyuta ehtiyatlarının artımı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artaraq 62,949 milyard ABŞ dolları (illik artım 1,17 %) təşkil etməsi hesabına təmin ediləcək, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının isə 9,76 milyard ABŞ dolları (il ərzində azalma 2,01 %) səviyyəsində olacağı gözlənilir.
2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının 71,671 milyard ABŞ dolları (illik artım 0,96 %) səviyyəsində proqnozlaşdırılır – bu məbləğin 10,76 milyard ABŞ dollarını (illik azalma 1,82 %) AMB-nin valyuta ehtiyatları, 60,911 milyard ABŞ dollarını (artım 1,47 %) isə ARDNF-in aktivləri təşkil edir.
2026-cı ildə strateji valyuta ehtiyatları 72,357 milyard ABŞ dollarına (+0,96 %) çatacaq, burada AMB-nin payı 10,56 milyard ABŞ dolları (-1,89 %), ARDNF-in payı 61,797 milyard ABŞ dolları (+1,46 %) təşkil edir. 2027-ci ildə bu göstəricilər müvafiq olaraq 72,224 milyard ABŞ dolları (-0,18 %), 10,36 milyard ABŞ dolları (-1,89 %) və 61,864 milyard ABŞ dolları (+0,11 %) səviyyəsində proqnozlaşdırılır.
Öz növbəsində, 2028-ci ildə ölkənin strateji valyuta ehtiyatları 71,754 milyard ABŞ dolları (-0,65 %), AMB-nin ehtiyatları 10,16 milyard ABŞ dolları (-1,93 %), ARDNF-in aktivləri 61,594 milyard ABŞ dolları (-0,44 %), 2029-cu ildə isə valyuta ehtiyatları 72,182 milyard ABŞ dolları (+0,6 %), AMB-nin ehtiyatları 9,96 milyard ABŞ dolları (-1,97 %), ARDNF-in ehtiyatları isə 62,222 milyard ABŞ dolları (+1,02 %) səviyyəsində gözlənilir.
Oxşar xəbərlər
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək
“S&P": AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7 % artırıb
IMF: Azərbaycanın nominal ÜDM-i ilk dəfə 2030-ci ildə 100 milyard ABŞ dollarını ötəcək
Azərbaycanın strateji valyuta ehtiyatı 73,5 milyard dollara yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












