“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
“Bakı Fond Birjası” QSC (BFB) 2024-cü ili 1 milyon manat xalis zərərlə başa vurub.
"Sizinxeber.az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,7 dəfə çoxdur.
Ötən il BFB-nin vergiyəqədərki zərəri 1,175 milyon manat (əvvəlki ilə nisbətən 2,6 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 176 min manat (2,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə BFB-nin aktivləri 10,531 milyon manat olub ki, bu da illik müqayisədə 6,5 % azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 20,5 % artaraq 1,576 milyon manata çatıb, balans kapitalı isə 10,05 % azalaraq 8,954 milyon manata düşüb.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.
Oxşar xəbərlər
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
“Azəralüminium”un xalis mənfəəti 9 dəfə azalıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












