"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
sizinxeber.az xəbər saytı

"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb


“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 3,173 milyon manat xalis zərərlə başa vurub.

“Sizinxeber.az” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 95,6 % çoxdur.

Ötən il “Finoko”nun vergiyəqədərki zərəri 4,252 milyon manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti 1,079 milyon manat (4,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 23,416 milyon manat olub ki, bu da illik müqayisədə 29,9 % azdır. Bunun 13,329 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 43,3 % kiçilib.

Hesabat dövründə “Finoko”nun öhdəlikləri 21,9 % artaraq 25,176 milyon manata çatıb, 1,613 milyon manatlıq balans kapitalı isə 1,76 milyon manatlıq kapital çalışmazlığı ilə əvəz olunub, yəni kapitalı mənfiyə (müflislik həddinə) düşüb.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,355 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Oxşar xəbərlər

“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər