“Azəralüminium”un xalis mənfəəti 9 dəfə azalıb
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC 2023-cü ili 3,076 milyon manat xalis mənfəətlə başa vurub.
“Sizinxeber.az” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 9 dəfə azdır.
2023-cü ildə “Azəralüminium”un satışdan gəlirləri 247,373 milyon manat (2022-ci ilə nisbətən 13,7 % az), satışının maya dəyəri 235,72 milyon manat (1,5 % çox), ümumi və inzibati xərcləri 5,701 milyon manat (3,1 % çox), satış və paylanma xərcləri 5,896 milyon manat (52,7 % az), gözlənilən kredit zərərləri üzrə ehtiyatların bərpasından gəliriləri 1,199 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 2,934 milyon manat (2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,114 milyon manat (6,3 dəfə az) təşkil edib.
2024-cü il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 367,12 milyon manat olub ki, bu da, illik müqayisədə 0,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,3 % azalaraq 23,883 milyon manata, balans kapitalı isə 0,5 % artaraq 343,236 milyon manata çatıb.
Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, onun nizamnamə kapitalı isə 282,244 milyon manatdır. Ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.
Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC ləğv edilib, “Azəralüminium” isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Oxşar xəbərlər
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
SOCAR-ın xalis mənfəəti 9 %-dən çox artıb
“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












