Azərbaycan banklarının platforma modelinə inteqrasiyası üçün 5 istiqamət açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
11:00

Azərbaycan banklarının platforma modelinə inteqrasiyası üçün 5 istiqamət açıqlanıb

24 in, 2025
11:00
540

Azərbaycan banklarının platforma modelinə inteqrasiyası üçün 5 istiqamət açıqlanıb

Mərkəzsizləşdirilmiş maliyyə (DeFi), yerləşdirilmiş maliyyə, RegTech (tənzimləyici texnologiyalar), süni intellekt və "yaşıl texnologiyalar" (GreenTech) Azərbaycan banklarının platforma modelinə inteqrasiya edilməlidir.

“Sizinxeber.az”un məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "Fintex Summit 2025" maliyyə və texnologiyalar sərgisinin açılışında bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər qlobal fintech bazarının həcmi 700 milyard ABŞ dollarına çata bilər. Bu kontekstdə Azərbaycan da 2030-cu ilə qədər olan dövr üçün iddialı hədəflər qoyur.

"Əminəm ki, 2027-2030-cu illərdə Azərbaycan Mərkəzi Bankı fintech mühitinin inkişafına fəal şəkildə cəlb olunacaq ", - V.Qasımlı qeyd edib.

O vurğulayıb ki, beş əsas texnoloji istiqamət müasir bank biznesinin platforma modelinə inteqrasiya edilməlidir:

"DeFi blokçeyn texnologiyalarına əsaslanır və bizim hazırlıq səviyyəmizdən asılı olmayaraq sürətlə inkişaf edir. Mərkəzləşdirilmiş sistemlərdən fərqli olaraq, DeFi daha yüksək artım tempi nümayiş etdirir. Banklar kənarda qala bilməz, əksinə, onlar bu ekosistemin bir hissəsi olmalıdır", - o qeyd edib.

İcraçı direktorun sözlərinə görə, növbəti istiqamət olan "Embedded Finance" (yerləşdirilmiş maliyyə) maliyyə xidmətlərinin - taksi xidməti tətbiqləri, onlayn ticarət sistemləri və digər rəqəmsal xidmətlərin qeyri-maliyyə platformalarına inteqrasiyasını nəzərdə tutur. "Bank sektoru bu proseslərlə rəqabət aparmamalı, onların bir hissəsi olmalıdır", - o vurğulayıb.

"RegTech" texnologiyaları tənzimləmənin effektivliyini artırmağa, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizə, tranzaksiyalara nəzarət və yeni ödəniş mexanizmlərinə adaptasiyaya yönəlib. "Bu, müasir maliyyə mühitinin inkişafının ayrılmaz hissəsidir", - V.Qasımlı qeyd edib.

Dördüncü istiqamət süni intellekt əsasında fərdiləşdirilmiş həllərdir.

"Bu gün fərdiləşdirmə təhsildən səhiyyəyə qədər bütün sahələrə nüfuz edir. Maliyyə xidmətləri də süni intellektə əsaslanaraq daha çox fərdiləşdirilməlidir", - o əlavə edib.

Sonuncu istiqamət olan "GreenTech"ə gəlincə, V.Qasımlı qeyd edib ki, davamlı və ekoloji cəhətdən məsuliyyətli həllərin inkişafı bank sektorunun transformasiyası zamanı nəzərə alınmalıdır.

Bizimlə əlaqə saxlayın