Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapılıb
Son illərdə Xəzər suitilərinin ölüm sayı bütün Xəzəryanı ölkələrdə ən azı 40.000-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Compass" Milli Ətraf Mühit Fondunun mətbuat xidməti məlumat yayıb.
"Elmi qrupun ilkin məlumatlarına görə, son illərdə beş Xəzəryanı dövlətin sahillərində aşkar edilmiş ölü suiti cəsədlərinin ümumi sayı 40 mini keçib", - deyə məlumatda qeyd olunub.
Tədqiq edilən ölən heyvanların orta yaşı 7,7 il olub. 1990-cı illərin sonlarında aparılan tədqiqatların nəticələri ilə müqayisədə bu rəqəm təxminən beş dəfə azalıb. Yeddi yaş yetkinlik yaşına çatma və ilk nəslin doğulması yaşıdır.
Qeyd edək ki, son illərdə alətlərlə müəyyən edilən suitilərin maksimum populyasiya sayının 274.000 ilə 305.000 arasında olduğu təxmin edilir. 2022-ci ildə baş verən kütləvi ölüm hadisəsindən sonra bu rəqəm təxminən 275.000 fərdə düşdü, lakin sonrakı siyahıyaalmalar sayının təxminən 300.000-ə çatdığını göstərdi.
Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə dəniz məməlisidir və dünyanın heç bir yerində tapılmayan endemik növdür.
Oxşar xəbərlər
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Qazaxıstanın Xəzər sahillərində 80-dən çox ölmüş suiti tapılıb
Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
Xəzəryanı ölkələrin sammiti 2026-cı ildə Tehranda keçiriləcək
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
