Türkiyənin 15 gəmisi Hörmüzü tərk edib
sizinxeber.az xəbər saytı

Türkiyənin 15 gəmisi Hörmüzü tərk edib


Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz boğazı və Bəsrə körfəzində gözləyən ölkəyə aid gəmilərin təhlükəsiz şəkildə bölgəni tərk etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Uraloğlu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirib ki, bölgədəki vəziyyət ilk gündən etibarən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə izlənilir.

Onun sözlərinə görə, iyunun 26-na olan vəziyyətə əsasən, müvafiq ərazidə gözləyən bütün gəmilər təhlükəsiz şəkildə çıxış edib.

"Ümumilikdə 15 gəmi təhlükəsiz şəkildə bölgəni tərk edib. Körfəzdə fəaliyyətini davam etdirən Türkiyəyə məxsus üç gəmi isə kommersiya fəaliyyətini davam etdirdiyi üçün bölgədən ayrılmaqla bağlı müraciət etməyib", – nazir qeyd edib.

A. Uraloğlu əlavə edib ki, sözügedən gəmilərdə ümumilikdə 99 Türkiyə vətəndaşı heyət üzvü var və hazırda Bəsrə körfəzindən ayrılmaq istəyən hər hansı Türkiyə gəmisinin müraciəti daxil olmayıb.

Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının və dənizçilərin təhlükəsizliyi ilə bağlı proses həssaslıqla izlənilməyə davam edir.

Oxşar xəbərlər

Türkiyəli nazir: Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Takaiti: Yaponiya gəmisi Hörmüz boğazından uğurla keçib
Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında sülhə töhfə verəcək
Nazir: Türkiyə yerləşdiyi regionda sabitliyin qorunmasına çalışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər