İİTKM: Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksinə görə reytinqini artırıb
Milli Kibertəhlükəsizlik İndeksinə görə Azərbaycanda görülmüş işlərin fonunda 177 ölkəni əhatə edən beynəlxalq reytinqdə ölkəmizin mövqeyi 82-ci yerdən 20-ci yerə qədər yüksəlib, ümumi bal isə 93,76-ya çatıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
"Bundan başqa, nağdsız ödənişlərin genişlənməsi istiqamətində qeyd edə bilərəm ki, 2024-cü ildə ölkədaxili nağdsız kart əməliyyatları 78,9 milyard manata çatıb və bu, 2021-ci illə müqayisədə 6,9 dəfə artım deməkdir. Ödənişlərin 64,2 %-i nağdsız formada həyata keçirilib. Xüsusilə vurğulamaq istərdim ki, elektron ticarət sahəsində də böyük irəliləyişlər əldə olunub. 2024-cü ildə elektron ticarət əməliyyatlarının məbləği 66,5 milyard manat olub və bu, əvvəlki illə müqayisədə 69,6 % artım deməkdir. Eyni zamanda, əməliyyat sayı əvvəlki illə müqayisədə 83,4 % artaraq 1 milyarddan çox olub", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği apreldə 50 % artıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50 % artıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği fevralda 30 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












