Rütte: NATO-nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər
Ankarada keçiriləcək NATO sammiti (7-8 iyul) Haaqadakı görüşdən daha əhəmiyyətli ola bilər, çünki orada artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq.
"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rütte Vaşinqtonda Atlantik Şurasının tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ankarada yeni öhdəliklər əvəzinə, artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq. Rütte qeyd edib ki, sammitin uğuru müttəfiqlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq, silah istehsalını çoxlatmaq və Ukraynaya dəstəyi davam etdirmək üçün nə dərəcədə etibarlı bir trayektoriya təsdiqləyə bilməsindən asılı olacaq.
"Nəticə etibarilə, Putin (Rusiya Prezidenti Vladimir Putin - Qeyd) öhdəliklərdən qorxmur. O, bu öhdəlikləri yerinə yetirməkdən qorxur. Biz məhz bunu edirik", - deyə Baş katib bildirib.
Onun sözlərinə görə, əsas vəzifə Moskvaya NATO-nun hər hansı bir hücum halında özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək olaraq qalır.
Rütte həmçinin vurğulayıb ki, müttəfiqlər arasında fikir ayrılıqlarına baxmayaraq, alyans əsas qərarlar qəbul edərkən daim birliyi qoruyur.
Oxşar xəbərlər
Rütte: NATO-nun Ankara sammiti alyansın ABŞ üçün əhəmiyyətini nümayiş etdirəcək
Rutte: NATO müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasını təsdiqləyib
NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək
Sibiqa və Rütte Ukraynanın silah istehsalını genişləndirməsini müzakirə ediblər
Rutte: Ukraynanın NATO-ya gedən yolu açıqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

