Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
“Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masası arxasında bir araya gətirməyə hazırıq”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan kanadalı həmkarı Anita Anand ilə Ottavada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Hakan Fidan bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin mümkün olan ən qısa müddətdə dialoq yolu ilə və beynəlxalq hüquq əsasında başa çatmasını istəyir.
“Hazırkı mərhələdə diplomatik prosesdə durğunluğun yarandığını, münaqişənin daha da şiddətləndiyini və tərəflərin hərbi üstünlük əldə etməyə yönəldiyini müşahidə edirik. Diplomatik prosesin mümkün qədər tez yenidən canlandırılması zəruridir. Bu çərçivədə, daha əvvəl tərəflərə də bildirdiyim kimi, Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən ölkəmizdə danışıqlar masası arxasında bir araya gətirməyə hazır olduğumuzu buradan dünya ictimaiyyətinin də diqqətinə çatdırmaq istəyirəm”, - Fidan vurğulayıb.
Oxşar xəbərlər
Fidan: Türkiyə Rusiya və Ukrayna nümayəndələri arasında görüş təşkil etməyə hazırdır
Hakan Fidan Rusiya-Ukrayna münaqişəsinin həllindən danışıb
Hakan Fidan: Ukrayna-Rusiya münaqişəsinin nüvə müharibəsinə çevrilmə riski var
Türkiyə XİN: Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna ev sahibliyi etməyə hazırıq
Hakan Fidan: İstanbul danışıqlarının hədəfi Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
