Fərid Məmmədov: "Banklar yeni reallığa uyğunlaşmalıdırlar"
Müasir banklar sürətli texnoloji dəyişikliklər fonunda öz əhəmiyyətlərini qorumağa çalışırlar və üç əsas istiqamətə - yerləşdirilmiş maliyyə, süni intellekt (AI) və maliyyə sənayesinin desentralizasiyasına diqqət yetirirlər.
"Report" xəbər verir ki, bunu “Bir Ecosystem”in baş direktoru, "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədri, "PASHA Technology" MMC-nin Müşahidə Şurasının üzvü və “PASHA Holdinq” MMC-nin baş direktorunun müavini Fərid Məmmədov Bakıda keçirilən "AmCham Lead x Talks" sessiyasında bildirib.
O qeyd edib ki, ilk olaraq maliyyənin adi xidmətə çevrilməsi müşahidə edilir: "Banklar standart xidmət təminatçılarına (elektrik enerjisi və ya su) çevrilmək riski ilə üzləşirlər. Bunun qarşısını almaq üçün biz yerləşdirilmiş maliyyə (embedded finance) modelini inkişaf etdiririk. Bu, xüsusilə regionumuz üçün aktualdır. Söhbət elə ekosistemlərin yaradılmasından gedir ki, burada maliyyə xidmətləri gündəlik həyata - alış-verişə, nəqliyyata və ya abunəliklərə üzvi şəkildə inteqrasiya olunur".
F.Məmmədovun sözlərinə görə, ikinci əsas istiqamət süni intellektdir: "Artıq iki ildir ki, süni intellekt diqqət mərkəzindədir. Əminəm ki, “McKinsey”nin iyunda keçiriləcək konfransında da vəziyyət dəyişməyəcək. Bu, AI-ın müvəqqəti bir şey olmadığını göstərir. Ekspertlər onu tarixin gedişatını dəyişdirən texnologiyalarla - buxar maşını, kalkulyator və ya abak ilə müqayisə edirlər. Süni intellekt - insan ilə danışa bilən ilk texnologiyadır. Bu, inqilabdır".
Üçüncü istiqamət kimi F.Məmmədov maliyyə sisteminin desentralizasiyasını qeyd edib.
"Uzun müddət banklar maliyyənin yeganə mərkəzi olub. Tənzimləmə və yüksək maneələr onları rəqabətdən qoruyub. Lakin hər şey dəyişdi. Əvvəllər qiymətləndirilməyən fintex-startapları bu gün tam hüquqlu sənayeyə çevriliblər. Blokçeyn və tokenizasiya kimi texnologiyalar isə desentralizasiyaya töhfə verir. İndi hətta kiçik oyunçular da maliyyə bazarına təsir göstərə bilirlər", - o vurğulayıb.
Oxşar xəbərlər
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev ABA-nı 35 illiyi münasibətilə təbrik edib
DİM-in Müşahidə Şurasının tərkibi təsdiqlənib - SİYAHI
Taleh Kazımov: Banklar COP-29 zamanı yaşıl keçidlə bağlı öhdəlik götürüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












