EBRD: Orta Dəhliz Azərbaycanın nəqliyyat sektoru üçün yeni perspektivlər açır
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə ticarət Azərbaycanın nəqliyyat sektoru üçün yeni imkanlar aça bilər.
“Sizinxeber.az” xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional iqtisadi perspektivlər” adlı hesabatının may buraxılışında TBNM-in Azərbaycan üçün strateji potensialı vurğulanır.
“Ortamüddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üzrə ticarət Azərbaycanın nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər, çünki sülhün gücləndirilməsi üzrə səylər yeni ticarət yollarına və investisiya axınına çıxışı aça bilər”, - hesabatda bildirilir.
TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya qədər uzanan beynəlxalq marşrutdur. O, xüsusən qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi kontekstində ənənəvi nəqliyyat marşrutlarına alternativ kimi nəzərdən keçirilir.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Oxşar xəbərlər
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"
KTJ və “PTC Holding” TBNM-in inkişafına 30 milyon dollar sərmayə qoyacaqlar
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
TBNM Beynəlxalq Assosiasiyasına üzvlük haqlarının məbləğləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












