TBNM Beynəlxalq Assosiasiyasına üzvlük haqlarının məbləğləri açıqlanıb
- 4-03-2025, 18:00
- İqtisadiyyat / Biznes
- 0
- 1 403
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyası 2025-ci il üçün üzvlük haqlarını müəyyənləşdirib.
“Sizinxeber.az” xəbər verir ki, Assosiasiyaya üzvlük çərçivəsində giriş haqqı yalnız bir dəfə ödənilir və daimi üzvlər üçün 20 min ABŞ dolları, assosiativ üzvlər üçün 10 min ABŞ dolları, fərdi üzvlər üçün 10 min ABŞ dolları təşkil edir.
İllik üzvlük haqqı daimi üzvlər üçün 70 min ABŞ dolları, assosiativ üzvlər üçün 22,48 min ABŞ dolları, fərdi üzvlər üçün 17,984 min ABŞ dolları müəyyən edilib.
Qeyd edək ki, TBNM Beynəlxalq Assosiasiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində yüklərin daşınmasında iştirak edən tərəflərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılıb. Assosiasiya marşrut üzrə daşımaları optimallaşdırmaq üçün informasiya dəstəyi göstərir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin formalaşdırılmasına və effektiv logistik həllərin təmin olunmasına kömək edir. O, eyni zamanda, Orta Dəhlizə coğrafi baxımdan birbaşa daxil olmayan ölkələrin iştirakını da təşviq edir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhliz Çin və Avropa arasında yükdaşımaları təmin edən beynəlxalq nəqliyyat arteriyasıdır. Marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Şərq və Qərb arasında mühüm ticarət bağlantısı yaradır.
TBNM Beynəlxalq Assosiasiyasının daimi üzvləri arasında "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Aktau Dəniz Ticarət Limanı” SC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, "Gürcüstan Dəmir Yolu” SC, "TCDD Transportation” JSC (Türkiyə), "Ukrzaliznitsya” SC (Ukrayna) və digər tərəfdaşlar var.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />