Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
- 4-03-2025, 15:30
- İqtisadiyyat / İnfrastruktur
- 0
- 1 201
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirakını bərpa etmək niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, bunu "Ukrayna Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski Bakıda keçirilən "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi masada bildirib.
O xatırladıb ki, rəhbərlik etdiyi səhmdar cəmiyyəti 2018-ci ildən TBNM Beynəlxalq Assosiasiyasının daimi üzvüdür: "TBNM-in bütün iştirakçılarının bu nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işlərin əhəmiyyətini vurğulamaq istəyirəm. Şərqi Asiyadan Qərbi Avropaya alternativ marşrutun əhəmiyyətini qiymətləndirmək çətindir. Daşımaların həcminin artması özü-özlüyündə hər şeyi deyir. Ukrayna geosiyasi hadisələr səbəbindən Orta Dəhlizdə iştirakını dayandırmağa məcbur olub. Bu gün biz layihəyə qayıtmaq niyyətində olduğumuzu məmnuniyyətlə bəyan edirik. Gürcüstanla bərə əlaqəsinin bərpası üzrə aktiv iş aparılır. Bu isə təkcə TBNM marşrutunu Ukrayna üzərindən tranzitlə Avropa ölkələrinə qədər uzatmağa deyil, həm də əvvəlki iqtisadi əlaqələri canlandırmağa imkan verəcək".
A.Pertsovski, həmçinin qeyd edib ki, hazırda "Ukrzaliznytsya" yeni biznes vahidlərinin yaradılması üzərində işləyir.
Onun sözlərinə görə, Ukrayna TBNM-ni Qafqaz və Mərkəzi Asiya ölkələrindən Avropa İttifaqı ölkələrinə əsas dəhliz kimi nəzərdən keçirməyə davam edir.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />