Selin qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub - FOTO
Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub.
“APA-Economics” xəbər verir ki, bir-neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxaraq əyilməsi prosesi baş vermişdi.
Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunaraq bərpa işlərinə başlanıldı. Artıq işlər yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub.
Məlumat üçün bildirək ki, qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək.
Oxşar xəbərlər
Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb - FOTO
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Qubada körpü qəzalı vəziyyətə düşüb, 60-dan çox kəndə gediş-gəliş çətinləşib
Qubada sel sularının qəzalı vəziyyətə saldığı körpü bərpa olunub
Birgə komissiyanın nümayəndələri Qubada çökən körpüyə baxış keçiriblər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Oman sahillərində tanker atəşə tutulub
