Muxtar Babayev: Azərbaycan beynəlxalq iqlim əməkdaşlığına sadiqliyini nümayiş etdirib
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: Azərbaycan beynəlxalq iqlim əməkdaşlığına sadiqliyini nümayiş etdirib


Bakıda COP29-un uğurla keçirilməsi Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə sadiqliyini bir daha nümayiş etdirib.

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.

Muxtar Babayev tədbirində çıxışı zamanı hazırda şəhərlərin iqlim riskləri ilə üz-üzə qaldığını bildirib.

O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində şəhərlər daşqınlar, isti hava dalğaları, quraqlıqlar, qasırğalar və infrastruktur problemləri ilə daha çox qarşılaşır:

“Bu çağırışlar artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünya miqyasında iqtisadiyyata, ictimai sağlamlığa və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərir”.

Muxtar Babayev vurğulayıb ki, dayanıqlı təcrübələrin tətbiqi dayanıqlılıq anlayışını nəzəriyyədən praktiki fəaliyyətə çevirir, resurslardan daha səmərəli istifadəni təmin edir və hesabatlılığı artırır.

O həmçinin Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanmasını mühüm addım kimi qiymətləndirib:

“Dayanıqlı inkişaf yalnız strategiya və bəyanatlarla məhdudlaşmamalı, planlaşdırma proseslərinə və gündəlik institusional fəaliyyətə inteqrasiya edilməlidir”.

Oxşar xəbərlər

Muxtar Babayev: İqlim dəyişikliyinin su sistemlərinə təsiri Azərbaycanda da ciddi hiss olunur
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi və quraqlığa qarşı mübarizə aparacaq
Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub
Muxtar Babayev: COP29-da fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər