Azərbaycana 16 ölkədən qızıl idxal edilib - SİYAHI
2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422,1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib.
“Sizinxeber.az-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu dövrdə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 89 min 614.7 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin iki ayında Azərbaycanda qızıl istehsalı 478.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 40 milyon 170.4 min ABŞ dolları dəyərində 748.3 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 53 682.9 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal edilib.
Aşağıdakı cədvəldə bu ilin iki ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:
| Ölkələr | Qızıl idxalı | İdxal dəyəri. Min ABŞ dolları |
| Rusiya | 3474,95 kq | 315469,47 |
| Avstraliya | 2828,87 kq | 241331,88 |
| Meksika | 2007,11 kq | 174711,79 |
| Çin | 1173,72 kq | 108207,58 |
| Böyük Britaniya | 1200,38 kq | 106210,47 |
| Kanada | 966,58 kq | 91674,07 |
| Almaniya | 1012,1 kq | 90445,28 |
| Türkiyə | 959,78 kq | 88713,07 |
| Braziliya | 896,79 kq | 81970,85 |
| Özbəkistan | 397 kq | 37239,16 |
| İsveçrə | 344,21 kq | 32070,02 |
| Amerika Birləşmiş Ştatları | 261,14 kq | 22747,1 |
| Çinin xüsusi inzibati rayonu Honkonq | 159,25 kq | 14217,44 |
| Cənubi Afrika Respublikası | 100,48 kq | 9233,64 |
| İspaniya | 48,16 kq | 4252,43 |
| Yaponiya | 37,88 kq | 3552,22 |
Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycanın gümüş ixracından gəlirləri açıqlanıb
Ötən il Azərbaycana 34 tondan çox qızıl idxal edilib - SİYAHI
Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb
Azərbaycanda çay istehsalı azalıb, idxalı isə artıb
Monqolustandan Azərbaycana qoyun əti idxalı kəskin artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
