Azərbaycanın gümüş ixracından gəlirləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın gümüş ixracından gəlirləri açıqlanıb


2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 1 milyon 299 min ABŞ dolları dəyərində 1390.2 kiloqram işlənməmiş gümüş (qızıl və ya platinlə qalvanik örtüklü gümüş də daxil olmaqla) ixrac edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə gümüş ixracı həcm ifadəsində 43.4% və ya 1067 kq, dəyər ifadəsində isə 31% və ya 579.3 min ABŞ dolları azalıb.

Hesabat dövründə gümüş yalnız İsveçrəyə ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta qiyməti 934.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında ölkədə 3064.2 kiloqram gümüş istehsal edilib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana yarımişlənmiş gümüş əsasən İsveçrədən (1000 kq) idxal edilib ki, bu məhsulun 1 kiloqramının orta idxal qiyməti 159.4 ABŞ dolları təşkil edib.

Bu dövrdə ölkəyə 4 milyon 482.4 min ABŞ dolları dəyərində 2905 kiloqram gümüşdən hazırlanan zərgərlik məmulatları idxal edilib. Bu məhsul əsasən Türkiyədən ( 1319.9 kq), Çindən ( 1228.7 kq), Tailandən ( 286.5 kq), Hindistandan ( 21.7 kq), ABŞ-dən ( 15.4 kq) və İtaliyadan ( 14.3 kq) idxal edilib.

Oxşar xəbərlər

Azərbaycanın çay idxalı ixracı 19 dəfə üstələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qara kürü istehsalı 50%-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər