Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
sizinxeber.az xəbər saytı

Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb


Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən eniş müşahidə olunub.

APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,48% azalaraq 76 992 ABŞ dollara, “Ethereum”un qiyməti 2,96% enərək 2 123 dollara, BNB-nin qiyməti isə 1,88% azalaraq 642 dollara düşüb.

Digər iri kriptovalyutalarda da eniş qeydə alınıb. Belə ki, “XRP”in qiyməti 1,75% azalaraq 1,39 dollara, “Solana”nın qiyməti 1,99% geriləyərək 85,22 dollara, “Dogecoin”in qiyməti isə 3,04% azalaraq 0,1066 dollara enib.

Bununla yanaşı, bəzi aktivlərdə artım müşahidə olunub. “TRON”un qiyməti son sutkada 0,67% artaraq 0,3564 dollara, “Hyperliquid”in qiyməti isə 7,26% yüksələrək 45,65 dollara çatıb.

Qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə 1,63% azalaraq 2,56 trilyon dollara enib.

Oxşar xəbərlər

“Bitcoin”in qiyməti 76 min dollara yaxınlaşır
Kriptobirjada artım- “Bitcoin"in qiyməti yenidən 80 min dolları ötüb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı enib
Kriptobirjada son durum - BTC nisbətən ucuzlaşıb
Kriptobirjada artım: "Bitcoin”in qiyməti 74 min dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər