Macarıstanın yeni hökuməti Ukraynaya silah və əsgər göndərməyəcək
Macarıstanda yeni hökumət Ukraynaya hərbi dəstək və Avropa İttifaqının böyük kredit paketində iştirakla bağlı əvvəlki siyasəti davam etdirəcəyini açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Macarıstanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə namizəd Anita Orban parlamentdə keçirilən dinləmələr zamanı bildirib.
“Macarıstan Ukraynaya silah və ya əsgər göndərməyəcək”, - o qeyd edib.
O, həmçinin vurğulayıb ki, ölkə Avropa İttifaqının Ukraynaya nəzərdə tutduğu 90 milyard avroluq kredit paketində də iştirak etməyəcək: “Biz Ukraynaya 90 milyard avroluq Aİ kreditinin verilməsində iştirak etməyəcəyik”.
Bununla belə, o bildirib ki, Macarıstan digər məqsədlər üçün birgə borclanma mexanizmlərinə tamamilə qarşı deyil.
Bu mövqe yeni hökumətin əvvəlki Baş nazir Viktor Orban administrasiyasının siyasətini davam etdirdiyini göstərir.
Oxşar xəbərlər
Orban Avropa İttifaqını qurumun yeni büdcəsini bloklamaqla hədələyib
Kallas: Aİ Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil
Siyarto: Macarıstan Ukraynaya silah göndərmir və göndərməyəcək
Avropa Komissiyasının Prezidenti Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı vəd edib
Aİ Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
