Azərbaycanda çay istehsalı azalıb, idxalı isə artıb
2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 1540.6 ton çay istehsal edilib.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, çay istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalıb.
Hesabat dövründə ölkəyə 18 milyon 610 min ABŞ dolları dəyərində 3047 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.1 dəfə, həcm ifadəsində isə 73% artıb.
Qeyd edək ki, cari ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 105.9 min ABŞ dolları dəyərində 122.9 ton çay ixrac edilib. Çay ixracı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər ifadəsində 20.8%, həcm ifadəsində isə ifadəsində 24.5% artıb.
Xatırladaq ki, çayın 1 kiloqramının orta ixrac qiyməti qiyməti 15.3 manat, orta idxal qiyməti isə 10.4 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay Azərbaycanda 500 qramlıq yerli çayın orta satış qiyməti 12 manat 54 qəpik, 500 qramlıq idxal çayının orta pərakəndə satış qiyməti isə 13 manat 25 qəpik təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib
Azərbaycanın gümüş ixracından gəlirləri açıqlanıb
Azərbaycanın çay idxalı ixracı 19 dəfə üstələyib
Bu il Azərbaycana palma yağı idxalı kəskin artıb
Azərbaycanda qara kürü istehsalı 50%-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
