Ötən il Azərbaycana 34 tondan çox qızıl idxal edilib  - SİYAHI
sizinxeber.az xəbər saytı

Ötən il Azərbaycana 34 tondan çox qızıl idxal edilib - SİYAHI


Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 2 milyard 714,8 milyon ABŞ dolları dəyərində 34 min 83.33 kiloqram qızıl idxal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkəyə qızıl idxalı həcm ifadəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 426 dəfə və ya 34 ton artıb.

Hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 79 min 650.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən ilin 11 ayında Azərbaycanda qızıl istehsalı 2567.2 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 186 milyon 568 min ABŞ dolları dəyərində 3974.2 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 46 944 ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə ötən ilin 11 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və orta idxal qiymətləri verilib:

Ölkələr Qızıl idxalı kq İdxal dəyəri. Min ABŞ dolları 1 kiloqramın orta qiyməti. ABŞ dolları
Avstraliya 15 183,43 1 198 651,62 78 944,7
ABŞ 10 924,02 883 559,26 80 882,2
Kanada 2023,23 150574,06 74 422,6
Rusiya 1985,03 160 625,51 80 918,4
İsveçrə 1977,76 150 779,07 76 237,3
Qazaxıstan 1919,34 169080,57 88 093
Türkiyə 69,95 1 488,37 21 277

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Oxşar xəbərlər

Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib
Azərbaycanın çay idxalı ixracı 19 dəfə üstələyib
Azərbaycana 8 ayda 900 mindən çox smartfon idxal edilib
Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub
Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle