"İrşad" BOKT-un zərəri kəskin artıb
sizinxeber.az xəbər saytı

"İrşad" BOKT-un zərəri kəskin artıb


"İrşad" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 153 min manat zərərlə baş vurub.

"Sizinxeber.az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,25 dəfə çoxdur.

Bu il yanvarın 1-nə "İrşad"ın aktivləri 1,027 milyon manat olub ki, bu da illik müqayisədə 6 % azdır. Bunun 495 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 21,5 dəfə böyüyüb.

Hesabat dövründə "İrşad"ın öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 10,4 % artaraq 1,027 milyon manata çatıb.

Xatırladaq ki, "İrşad" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,250 milyon manatdır. BOKT-un təsisçisi 100 % Rəşad Qəribovdur.

Oxşar xəbərlər

"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb
"Nas Project" BOKT-un xalis mənfəəti 11 % azalıb
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Kəpəz" BOKT maliyyə vəziyyətini açıqlayıb
MCB BOKT-un xalis mənfəəti 7 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər