"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib


BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, bunu jurnalistlərə Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, "UN-Habitat" Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq WUF13-ün kuluarlarında bildirib.

"UN-Habitat" adından Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun uğurla keçirilməsi münasibətilə təbrik etmək mənim üçün böyük şərəf və məmnuniyyətdir. Lakin rəqəmlər əsas deyil. Nail olmağa çalışdığımız daha vacib məqsədlər əlçatanlıq, əlaqəlilik, dayanıqlılıq və layiqli icmaların yaradılmasıdır", - Nqa Kor Minq qeyd edib.

Oxşar xəbərlər

UN-Habitat WUF13-ü təcrübə mübadiləsi üçün əvəzolunmaz platforma hesab edir
Nqa Kor Minq: Bakıda keçirilən WUF13-ün yekunlarına əsasən konkret fəaliyyət planı hazırlanmalıdır
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
Rossbax: UN-Habitat Azərbaycana WUF13 üçün məkan təqdim etdiyinə görə minnətdardır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər