Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur
sizinxeber.az xəbər saytı

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur


Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa işləri və Böyük Qayıdış bir çox beynəlxalq qurum və tərəfdaş üçün böyük maraq doğurur.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, qısa müddət ərzində Azərbaycan bir çox çətin prosesdən keçdi və bunu uğurla etdi:

“Mina problemlərindən başlayaraq, eyni vaxtda geniş ərazilərdə mürəkkəb planlaşdırma işləri aparıldı, paralel şəkildə 12 şəhər, yüzlərlə kənd üzrə işlər həyata keçirildi. Bu, həqiqətən çox böyük həcmdə işdir. Biz yalnız planlaşdırma aparmırıq, eyni zamanda bütün tendensiyaları və tövsiyələri nəzərə almağa çalışırıq. Biz sadəcə evlər tikib insanları həmin binalara qaytarmırıq. Biz həmin ərazilərdə yeni həyat keyfiyyəti formalaşdırırıq. Bundan əlavə, Azərbaycanda çox unikal idarəetmə modeli, institusional yanaşma və institusional islahatlar tətbiq olunub. Bunlar cənab Prezident tərəfindən həyata keçirilib. Nəticədə bu gün artıq təxminən 90 min insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir universitetlərdə təhsil alır”.

Oxşar xəbərlər

Anar Quliyev: WUF13-ün ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi, bu, iqlim dəyişikliyinin nəticəsidir
Komitə sədri: WUF13 beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının ifadəsidir
WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı xüsusi təqdimatlar olacaq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər