Qvatemala nümayəndəsi WUF13-də: Qadınlar olmadan şəhərlərdə yaşayış şəraitini yaxşılaşdırmaq mümkün deyil
sizinxeber.az xəbər saytı

Qvatemala nümayəndəsi WUF13-də: Qadınlar olmadan şəhərlərdə yaşayış şəraitini yaxşılaşdırmaq mümkün deyil


Qadınlar qərarların qəbulunda iştirak, mənzilə çıxış və şəhər inkişafının idarə edilməsi üçün daha çox imkanlar əldə etməlidirlər.

"Report" xəbər verir ki, bu barədə Bakıda WUF13 çərçivəsində Assambleyaların birgə yekun dialoqunda Qvatemala nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, mayın 17-də Qadınlar Assambleyası zamanı iştirakçılar qadınların şəhərlərin və icmaların transformasiyasındakı rolu ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. İş tematik qruplarda aparılıb: qadınların inkişaf proseslərindən kənarlaşdırılmasının yolverilməzliyi, əlçatan mənzilin maliyyələşdirilməsi, iqlim davamlılığı, qadınlara və qızlara dəstək, böhran və postkonflikt şəraitində mənzil məsələləri, həmçinin qeyri-rəsmi yaşayış məntəqələrində gender bərabərliyi.

Nümayəndə bildirib ki, qadınların hüquq və imkanlarının genişləndirilməsi, qadın liderliyinin gücləndirilməsi üçün resursların bölüşdürülməsi, həmçinin effektiv siyasi mexanizmlərin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.

"Qadın liderliyinə dəstək olmadan yaşayış şəraitinin yaxşılaşdırılmasını və yeni yanaşmaların tətbiqini təmin etmək mümkün deyil", - o bəyan edib.

Oxşar xəbərlər

“UN Women”: İqlim maliyyələşdirilməsində gender aspektləri nəzərə alınmalıdır
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
“UN Women”in nümayəndəsi: İqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir
“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər