Haluk Levent: "Şəhər insanlara xoşbəxtlik və rahatlıq verməlidir"
Azərbaycan xalqı zəlzələ zamanı bizə qardaş olduğunu hiss etdirib.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli müğənni Haluk Levent bildirib.
"Azərbaycanlı qardaşlarımdan çox yardım gördüm. Bunu qəti şəkildə deyə bilərəm. Sizə və Azərbaycan xalqına minnətdarıq. Zəlzələ zamanı bizə çox böyük dəstək oldular, köməyə gəldilər, qardaş olduğumuzu hiss etdirdilər", – deyə o vurğulayıb.
H. Levent qeyd edib ki, zəlzələdən zərər çəkmiş şəhərlərdə bərpa işləri davam edir: "Hazırda işlər davam edir. Mən də "Ahbap" Dərnəyinin rəhbəri olaraq əlimdən gələni etməyə çalışıram. Dövlətin bütün qurumları orada çalışır. Hər kəs həmin şəhərləri yenidən ayağa qaldırmaq üçün səy göstərir. İnanıram ki, ən yaxın zamanda əvvəlki günlərə qayıdacağıq".
Müğənni şəhərsalma və təhlükəsiz şəhər anlayışına toxunaraq bildirib ki, sağlam şəhərlərin əsasını güclü infrastruktur təşkil edir: "Sağlam infrastruktur olmadan təhlükəsiz şəhər qurmaq mümkün deyil. Qanun və normativlərə uyğun tikililər şəhərlərin gözəlliyi və təhlükəsizliyi üçün çox vacibdir. Əgər şəhər insanlara xoşbəxtlik və rahatlıq vermirsə, o şəhər ruhsuz və ölü şəhərdir. İnsanların nəfəs ala bildiyi, ətraf mühitin qorunduğu şəhərlər qurulmalıdır".
O, yaxın aylarda Bakıda konsert proqramı ilə çıxış edəcəyini də açıqlayıb. "Sentyabr ayında Bakıda konsertim olacaq. Qarabağa da getmək, orada konsert vermək istəyirəm".
Oxşar xəbərlər
Zeki Levent Gümrükçü: Türkiyə Azərbaycanın sülhsevər mövqeyini hər zaman dəstəkləyir
Əsgərlikdən gələndən sonra ögey qardaşım olduğunu bilmişəm – Manafdan şok etiraf
Türkiyəli bələdiyyə sədri: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq
Türkiyə yığmasının baş məşqçisi: "Prezident Kuboku-2025"də qardaş ölkədə olduğumuzu hiss etdik"
Əsrin fəlakətindən əsrin həmrəyliyinə: Zəlzələ bölgəsinin həyata qayıdışı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
