"Neftçi" İK Türkiyə klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

"Neftçi" İK Türkiyə klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib


"Neftçi" İdman Klubunun nümayəndə heyəti icraçı direktor Fərəc Əliyevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərinə səfər edərək "Aliağa Petkim Spor" komandası ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, görüşlər çərçivəsində tərəflər əsasən basketbol növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfər nəticəsində iki klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.

Oxşar xəbərlər

“Neftçi” İdman Klubu ilə Yohan Kroyf İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
AFFA rəsmiləri Özbəkistanda birgə fəaliyyət imkanlarını müzakirə ediblər
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər