AYNA Bulvarın yaxınlığında maneəyə çırpılan marşrut xətti ilə  bağlı açıqlama yayıb
sizinxeber.az xəbər saytı

AYNA Bulvarın yaxınlığında maneəyə çırpılan marşrut xətti ilə bağlı açıqlama yayıb


Bu gün bakının Neftçilər prospektində qəzaya uğrayan 53 nömrəli marşrut xəttində xəsarət alan olmayıb.

"Sizinxeber.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Oxşar xəbərlər

Bakıda marşrut avtobusu maneəyə çırpılıb - YENİLƏNİB
Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır
Azərbaycanda 2 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri məlum olub
Bakıda 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
AYNA: 3 müntəzəm avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər