Bakıda marşrut avtobusu maneəyə çırpılıb - YENİLƏNİB
Martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
MƏLUMAT YENİLƏNİR ...
Bakıda marşrut avtobusu maneəyə çırpılıb.
"Report" xəbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb. 53 nömrəli marşurt avtobusu yoldan çıxaraq qəza törədib.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli “Report”a bildirilib ki, 10 HG-753 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb.
T. Nəsirlinin sözlərinə görə, faktla bağlı araşdırılma aparılır.
Oxşar xəbərlər
AYNA Bulvarın yaxınlığında maneəyə çırpılan marşrut xətti ilə bağlı açıqlama yayıb
Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır
Bakıda 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
Azərbaycanda 2 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri məlum olub
Bakıda daha bir avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
