Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
in
2026
23:00
ff

Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir

25 in, 2026
23:00
340

Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir

ABŞ dövlət katibi Marko Rubio ərəb ölkələrinin İranın endirdiyi zərbələrə görə kompensasiya tələb etdiyini bildirib.

APA xəbər verir ki, Rubio bu barədə Bəhreynin paytaxtı Manamada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələ Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə keçirilən görüşdə müzakirə olunub.

"Onlar yenidənqurma üçün maliyyə istəyirlər. Zərər görüblər və bunun əvəzinin ödənilməsini tələb edirlər", - deyə Rubio bildirib.

O qeyd edib ki, bu məsələ ABŞ və İran arasında memorandum üzrə gələcək danışıqlarda gündəmə gətirilə bilər.

Bizimlə əlaqə saxlayın

×
×